
və mənəvi ziyan
vurmaqdan heç bir zaman çəkinməmişdilər. Xalqımızı millli, kütləvi qırğına
məruz qoyan daşnaq tör –töküntüləri 1918 – ci il mart ayının 31 – də xalqımıza
qarşı soyqırım törətmişlər. Onların bir ideası var idi. “Lənətə gəlmiş
türklərin hamısını qırın, birini də sağ buraxmayın”, deyə qışqıra – qışqıra
Bakıda kütləvi qırğına başladılar. Evlərə, zirzəmilərə sığınmış müsəlmanları
tapıb çıxarır, güllələyir, qılınc və ya nizə ilə öldürürdülər. Kişiləri
ayaqlarından başıaşağı asır və qılıncla sağ – sağ şaqqalayırdılar. Bəzilərini
taxta çarpayıya sarıyıyır, digərlərini xalça və palazlara büküb yandırırdılar.
Ucuzlaşmış erməni cəlladları ürəklərini soyutmaq üçün əllərinə keçən hər bir
kəsi diri – diri döşəməyə, qapıya, masaya mıxlayır, sonra isə güllələyirdilər. Qadınları daha ağır işgəncə ilə öldürürdülər. Südməmər uşaqları
süngüyə keçirir, lap körpələri isə nişangah kimi gülləyə tuturdular.
Ermənilər müqəddəs kitabımız olan Quranı hər yerdən toplayıb tonqal düzəldir,
mollaların əl – ayaqlarını bağlayaraq diri –diri tonqallara atırdılar.
Bakıdan başqa Azərbaycanın Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan,
Hacıqabul və bir çox yerlərində də bu cür qırğın və talanlar olmuşdur.
1918 – ci il qırğını zamanı minlərlə azərbaycanlı öldürüldü, təhqir və
şikəst edildi. Təkcə Bakıda 12 mindən çox müsəlman qətlə yetirildi.
1919 – cu ildə Milli Şuranın qərarı ilə 31 Mart milli matəm günü elan
edilmişdir. Lakin sonralar bu günün qeyd olunmasını qadağan
etmişdirlər.
1998 – ci il martın 26 – da isə ölkəminiz Prezidenti Heydər Əliyev Azərbaycana
qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə fərman
verdi. Bu fərmanla 31 mart – Azərbaycanlıların Soyqırımı günü elan edildi.
Bir daha soyqırım
qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edir, onlara Allahdan rəhmət
diləyirik.
No comments:
Post a Comment