Ermənilər əsrlər boyu xalqımıza,
bütün Türk dünayasına nifrət bəsləmiş, ona maddi və mənəvi ziyan vurmaqdan heç
bir zaman çəkinməmişlər. Xalqımızı millli, kütləvi qırğına məruz qoyan daşnaq
tör –töküntüləri 1918 – ci il mart ayının 31 – də xalqımıza qarşı soyqırım
törətmişlər. Obların bir ideası var idi. “Lənətə gəlmiş türklərin hamısını
qırın, birini də sağ buraxmayın”, deyə qışqıra – qışqıra Bakıda kütləvi qırğına
başladılar. Evlərə, zirzəmilərə sığınmış müsəlmanları tapıb çıxarır,
güllələyir, qılınc və ya nizə ilə öldürürdülər. Kişiləri ayaqlarından başıaşağı
asır və qılıncla sağ – sağ şaqqalayırdılar. Bəzilərini taxta çarpayıya
sarıyıyır, digərlərini xalça və palazlara büküb yandırırdılar. Ucuzlaşmış
erməni cəlladları ürəklərini soyutmaq üçün əllərinə keçən hər bir kəsi diri –
diri döşəməyə, qapıya, masaya mıxlayır, sonra isə güllələyirdilər.
Qadınları daha ağır işgəncə ilə
öldürürdülər. Südəmər uşaqları süngüyə keçirir, lap körpələri isə nişangah kimi
gülləyə tuturdular.
Ermənilər müqəddəs kitabımız
olan Quranı hər yerdən toplayıb tonqal düzəldir, mollaların əl – ayaqlarını
bağlayaraq diri –diri tonqallara atırdılar.
Bakıdan başqa Azərbaycanın
Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan,
Hacıqabul və bir çox yerlərində də bu cür qırğın və talanlar olmuşdur.
1918 – ci il qırğını zamanı minlərlə azərbaycanlı öldürüldü,
təhqir və şikəst edildi. Təkcə Bakıda 12 mindən çox müsəlman qətlə yetirildi.
1919 – cu ildə Milli Şuranın
qərarı ilə 31 Mart milli matəm günü elan edilmişdir. Lakin sonralar bu günün
qeyd olunmasını qadağan etmişdirlər.
1998 – ci il martın 26 – da isə
ölkəminiz Prezidenti Heydər Əliyev Azərbaycana qarşı törədilmiş bütün soyqırım
faciələrini qeyd etmək məqsədi ilə fərman verdi. Bu fərmanla 31 mart –
Azərbaycanlıların Soyqırımı günü elan edildi.
Bir daha soyqırım qurbanlarının
əziz xatirəsini dərin hüznlə yad edir, onlara Allahdan rəhmət diləyirik.
No comments:
Post a Comment