
Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin maarifləndirilməsi” adlı layihənin icrasına başlanılıb. Lent.az-ın verdiyi məlumata görə, layihə Bakıda icra ediləcək. 1 ay ərzində icra olunacaq layihənin məqsədi gənclərin maarifləndirilməsi, onların adi bildiyi lakin, insan həyatı üçün risk daşıyan vərdişlərdən xəbərdar etməkdən ibarətdir. Layihə çərçivəsində “Maariflənmək xilasdır” başlıqlı təlimlər keçiriləcək və maarifləndirici bukletlər nəşr etdirilərək göstərilmiş rayonların ərazisində paylanacaqdır.